Sərdar Cəlaloğludan Aqil Abbasın ünvanına sərt fikirlər: “Adi kəndli ilə sənin nə fərqin var?” - VİDEO

Sərdar Cəlaloğludan Aqil Abbasın ünvanına sərt fikirlər: “Adi kəndli ilə sənin nə fərqin var?” - VİDEO

Hazırda oxunan: Sərdar Cəlaloğludan Aqil Abbasın ünvanına sərt fikirlər: “Adi kəndli ilə sənin nə fərqin var?” - VİDEO

34791

“Deputat status yazmamalıdır”.

Bizim.Media xəbər verir ki, bu sözləri “LAF TV”- yə qonaq olan Azərbaycan Demokratik Partiyasının sədri Sərdar Cəlaloğlu deyib.
 

MÖVZU İLƏ BAĞLI:

Sərdar Cəlaloğlu “O adam Azərbaycan siyasətində mənfi tendensiyaların anasıdır”– MÜSAHİBƏ - FOTO


Belə ki, Gəncədə yerləşən psixiatriya klinikasından qaçaraq Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi ərazilərə icazəsiz daxil olan hərbçimiz barədə münasibət bildirən partiya rəhbəri, millət vəkili Aqil Abbasın ünvanına da sərt fikirlər səsləndirib:

“Bir deputat status yazmamalıdır. Millət vəkilinin Müdafiə Nazirliyə sorğu göndərmək imkanı var. Mənim əlimdə səlahiyyət yoxdursa, status yaza bilərəm. Guya sən milləti təmsil edirsən, dövlət orqanlarına müraciət edə bilərsən. Lakin sən status yazırsan. Daha nə oldu? Belə olan halda, səninlə adi kəndli arasında nə fərq var?”

Sərdar Cəlaloğlunun açıqlamalarını videodan geniş formatda izləyə bilərsiniz:

Murad Əhmədov, Bizim.Media 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO