Ən çox pul qazanan idmançılar – SİYAHI 

Ən çox pul qazanan idmançılar – SİYAHI 

Hazırda oxunan: Ən çox pul qazanan idmançılar – SİYAHI 

34680

Son bir ilin ən yüksək gəlir əldə edən idmançılarının siyahısı açıqlanıb.

Bizim.Media xarici mətbuata istinadən xəbər verir ki, “Forbes” nəşrinin cədvəlində ən çox qazanan 10 nəfər yer alıb.

2020-2021-ci illər ərzində ən yüksək gəliri məşhur idmançı, MMA döyüşçüsü Konor Makqreqordur.

Onun illik gəliri 180 milyon dollar olub. İlk “üçlüy”ün digər sakinləri futbolçulardır.

Uzun illərdir rekordları ilə ad qazanan Lionel Messi və Kriştiano Ronaldo 2-3-cü pillələrdə qərarlaşıblar. Messi 130, Ronaldo isə 120 milyon dollar qazanc əldə ediblər. 

İlk “10-luq”da yer alan digər futbolçu Neymar isə özünə 6-cı sırada yer tapıb.

Həmin siyahını təqdim edirik:

1. Konor Makqreqor (MMA döyüşçüsü) – 180 milyon dollar

2. Lionel Messi (futbolçu) – 130 milyon

3. Kriştianu Ronaldo (futbolçu) – 120 milyon

4. Dak Preskott (amerikan futbolçusu) – 107,5 milyon

5. Lebron Ceyms (basketbolçu) – 96,5 milyon

6. Neymar (futbolçu) – 95 milyon

7. Roje Federer (tennisçi) – 90 milyon

8. Lyus Hamilton (“Formula-1” pilotu) – 82 milyon

9. Tom Bredi (amerikan futbolçusu) – 76 milyon

10. Kevin Dyurant (basketbolçu) – 75 milyon

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO