Şəhidimizin DOĞUM GÜNÜ qeyd olunub - FOTOLAR

Şəhidimizin DOĞUM GÜNÜ qeyd olunub - FOTOLAR

Hazırda oxunan: Şəhidimizin DOĞUM GÜNÜ qeyd olunub - FOTOLAR

34679

Bu gün daha bir şəhidimizin doğum günüdür.

Bizim.Media xəbər verir ki, söhbət Füzuli uğrunda gedən döyüşlərdə şəhid olan Xəqani Şəfa oğlu Əsgərovdan gedir.

Onun 26 yaşı qeyd olunub. Doğulduğu Xaçmazın Qusarçay kəndində keçirilən anım mərasimində şəhidin xatirə lövhəsinin açılışı olub.
 

Məzarı ziyarət edilib, önünə tər gül-çiçək dəstələri qoyulub. Anım tədbirində 1995-ci il avqust ayının 27-də doğulan Xəqani Əsgərovun dostları, qazi yoldaşları və ailə üzvləri onun keçdiyi döyüş yolundan söz açıblar.


2017-ci ildən Azərbaycan Milli Ordusunda müddətdən artıq qulluq edən Xəqani Əsgərov sentyabrın 29-da Fizuli uğrunda gedən döyüşlərdə şəhid olub.

Ölümündən sonra Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə "Vətən uğrunda" və “Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edilib. Xəqani Əsgərov iki qız atası idi.

Aytəkin Alxaslı, Bizim.Meda

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO