Qırğızıstanda təkrar parlament seçkilərinin tarixi BƏLLİ OLDU

Qırğızıstanda təkrar parlament seçkilərinin tarixi BƏLLİ OLDU

Hazırda oxunan: Qırğızıstanda təkrar parlament seçkilərinin tarixi BƏLLİ OLDU

34662

Noyabrın 28-də Qırğızıstan parlamentinə təkrar seçkilər keçiriləcək.

Bizim.Media Rusiya mətbuatına istinadən xəbər verir ki, təkrar parlament seçkilərinin keçirilməsini Qırğızıstan Prezidenti Sadır Japarov tələb edir.

Qırğızıstan konstitusiyasına görə, 11 aprel 2021 -ci ildə keçirilən referendumda qəbul edilən, qanunverici məclis 90 deputatdan ibarətdir və 5 il müddətinə seçilir.
 

MÖVZU İLƏ BAĞLI:

Qızıl dalınca Qırğızıstana gələn və gətirilən prezidentlər – NƏ BAŞ VERIR? 


Seçkilər haqqında qanuna edilən dəyişikliyə görə, millət vəkilləri qarışıq seçki sistemi ilə seçilir.

Belə ki, 54 xalq deputatı proporsional sistemlə (siyasi partiyaların namizədlərinin açıq siyahılarına görə) vahid dairədə, 36 deputat isə birmandatlı dairələrdə majoritar sistemə görə təyin edilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO