Rus xanımların gözəllik sirləri - RESEPT     

Rus xanımların gözəllik sirləri - RESEPT     

Hazırda oxunan: Rus xanımların gözəllik sirləri - RESEPT     

34642

Rus qadınları soyuq ölkədə yaşadığı üçün dərilərini mütamadi olaraq nəmləndirmək məcburiyyətindədirlər. 

Bizim.Media xəbər verir ki, rus qadınları gözəlliklərini sarımsağa və gül yağına borcludurlar.

Rus qadınlarının istifadə etdiyi maskalar: 

• Badam yağı - 1 xörək qaşığı 

• Gül yağı - 1 xörək qaşığı 

Bu iki yağı qarışdırın. Maskanı tətbiq etməzdən əvvəl dərinizi dəmlənmiş yaşıl çay ilə təmizləyin. Qarışığı təmiz dəriyə masaj edərək sürtün. 15 dəqiqə gözlədikdən sonra soyuq su ilə üzünüzü yuyun.Həftədə 1 dəfə tətbiq etsəniz, dəri hüceyrələriniz yenilənəcək. 

Sızanaqlara qarşı sarımsaq yağı: 

Rus qadınları sızanaqlardan xilas olmaq üçün üzlərinə nizamlı olaraq sarımsaq yağı çəkirlər. Bu yağ dəridəki bakteriyaları yox edir və yeni sızanaqların meydana gəlməsinə maneə olur. 

Nəmləndirici maska: 

• Təzə limon suyu - 5 damcı 

• Bal - 1 çay qaşığı 

Balla limonu qarışdırın və təmiz dəriyə sürtün. 15 dəqiqə gözlədikdən sonra soyuq su ilə yuyun. Bu maska dərini nəmləndirir və daha sağlam edir. Həftədə 2 dəfə çəkə bilərsiniz. 

Müalicəvi maska: 

• Kartof - 1 ədəd 

• Limon - 3-4 damcı 

Dilimlənmiş çiy kartofun üzərinə limon sıxın. Həmin kartof dilimini 10 dəqiqə ərzində dərinizdə gəzdirin və daha sonra üzünüzü yuyun. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO