Ermənistanın dövlət borcu 9 milyard dollara çatdı

Ermənistanın dövlət borcu 9 milyard dollara çatdı

Hazırda oxunan: Ermənistanın dövlət borcu 9 milyard dollara çatdı

34601

Ermənistanın dövlət borcu artıq 9 milyard dollara çatıb. Yanvar -iyul aylarında hökumət Ermənistanın borcunu 1 milyard dollar artırıb.

Bizim.Media xəbər verir ki, bu haqda informasiyanı “news.am” saytı yayıb.

Mənbə yazır ki, avqustun 23-də Beynəlxalq Valyuta Fondunun Ermənistana 175 milyon dollar kredit vermək qərarı qüvvəyə minib. 

31 iyul tarixinə Ermənistanın dövlət borcu 8,973 milyard dollardır. Borc məbləğinin artmasının səbəbi Ermənistanın 2020 -ci il iqtisadi böhranından tam çıxa bilməməsi və iqtisadiyyatı stimullaşdırmaq üçün əlavə inyeksiyalara ehtiyacı olmasıdır.
 

Hazırda hər bir Ermənistan vətəndaşının 3032 dollar borcu var və bunun geri qaytarılması üçün heç bir uyğun şərait yaradılmayıb. Maraqlıdır ki, bu il dövlət borcunun artımı yüksək vergi gəlirləri və rüsumları şəraitində baş verib.


Daha əvvəl hökumət vergi gəlirlərinin 52,5 milyard dram və ya 7,5% çox yerinə yetirildiyini açıqlayıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO