Gürcüstanda peyvənd olunanlara pul veriləcək?

Gürcüstanda peyvənd olunanlara pul veriləcək?

Hazırda oxunan: Gürcüstanda peyvənd olunanlara pul veriləcək?

34540

"Ölkədə peyvənd edilən insanlar həvəsləndiriləcək və onlara lotereyalar vasitəsi ilə pul mükafatı veriləcək ".

Bizim.Media xəbər verir ki, bu sözləri Xəstəliklərə Nəzarət Milli Mərkəzinin rəhbəri Amiran Qamqrelidze deyib.

Qamqrelidzenin sözlərinə görə, daha çox insanın peyvənd olunması üçün bir çox təşviq tədbirləri həyata keçiriləcək:

"Əvvəlki iclasda bu barədə müzakirələrimiz olub. Maliyyə nazirliyi şuraya məlumat verdi ki, 1 sentyabrdan etibarən həvəsləndirici lotereya oyunlarının nə vaxt baş tutacağı barəsində məlumat veriləcək. Müəyyən hədiyyə pul mükafatları nəzərdə tutulub. Bir və iki doza ilə peyvənd olunmuş insanlar müəyyənləşdiriləcək və həvəsləndirmək üçün müxtəlif oyunlar baş tutacaq. 1 və ya 2 sentyabrda bu barədə açıqlama veriləcək. Maliyyə nazirliyi bu barədə lotereya kompaniyası ilə artıq işlər aparır", - deyə Qamkrelidze əlavə edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO