FHN-dən Qızılağac Milli Parkındakı yanğınla bağlı AÇIQLAMA - VİDEO

FHN-dən Qızılağac Milli Parkındakı yanğınla bağlı AÇIQLAMA - VİDEO

Hazırda oxunan: FHN-dən Qızılağac Milli Parkındakı yanğınla bağlı AÇIQLAMA - VİDEO

34501

Bu gün Lənkəran şəhəri, Balıqçılar qəsəbəsi yaxınlığında Qızılağac Dövlət Təbiət Qoruğu ərazisində başlamış yanğının genişlənməsinin qarşısının alınması və söndürülməsi istiqamətində Fövqəladə Hallar Nazirliyi (FHN) tərəfindən dərhal zəruri və təxirəsalınmaz tədbirlərin görülməsinə başlanılıb.

Nazirlikdən Bizim.Media-ya bildirilib ki, hazırda yanğınsöndürmə əməliyyatı FHN-in Dövlət Yanğından Mühafizə Xidməti, Mülki müdafiə qoşunları, Xüsusi Riskli Xilasetmə Xidməti və Cənub Regional Mərkəzinin müvafiq qüvvələri və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən həyata keçirilir.

Yanğının söndürülməsini mütəmadi güclənən küləkli hava çətinləşdirir.

İlkin məlumata əsasən, ərazidə 10 ha sahədə əsas etibarilə, kol-kos və qurumuş ağac kötükləri yanır.

Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO