Qurban Qurbanov:

Qurban Qurbanov: "Rəqiblər barədə indidən fikir bildirmək düzgün deyil”

Hazırda oxunan: Qurban Qurbanov: "Rəqiblər barədə indidən fikir bildirmək düzgün deyil”

34494

"Hər üçü ciddi rəqibdir. İki komanda - "Kayrat" və "Omoniya" öz ölkələrinin çempionlarıdır".

Bizim.Media xəbər verir ki, bu fikirləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Konfrans Liqasının qrup mərhələsinin püşkü barədə klubun rəsmi saytına açıqlamasında deyib.

49 yaşlı mütəxəssis Kipr komandalarının həmişə çox ciddi rəqib olduğunu bildirib:

"Onlarla maraqlı qarşılaşmalarımız keçib. Uğursuzluqlarımız da olub. Buna görə də hər matça ciddi yanaşmalıyıq. "Bazel"in isə xüsusi təqdimata ehtiyacı yoxdur. Ümumiyyətlə, rəqiblər barədə indidən fikir bildirmək düzgün deyil. Qarşıdakı günlərdə bu komandaları daha yaxından tanıyacağıq. Bundan sonra ətraflı danışmaq olar. Tək bunu deyə bilərəm ki, hər bir komandaya qarşı ciddi hazırlaşacağıq. Həqiqətən də çox ciddi rəqiblərin yer aldığı qrupa düşmüşük".

Qeyd edək ki, Ağdam təmsilçisi H qrupunda "Bazel" (İsveçrə), "Kayrat" (Qazaxıstan) və "Omoniya" (Kipr) klubları ilə mübarizə aparacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO