YENİLİK: Koronavirusdan qorunan məktəbli formaları tikiləcək

YENİLİK: Koronavirusdan qorunan məktəbli formaları tikiləcək

Hazırda oxunan: YENİLİK: Koronavirusdan qorunan məktəbli formaları tikiləcək

34478

Rusiya COVID-19-dan qorunmaq üçün məktəbli forması tikməyə başlayacaq.

Bizim.Media Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə Rusiyanın Perm vilayətinin qubernatoru Dmitriy Maxonin özünün "İnstagram” səhifəsində yazıb.

Forma “Çaykovski” tekstil müəssisəsi tərəfindən tikiləcək. 
 

“Məktəbli geyimində istifadə ediləcək parçada kreativ yenilik edilib. Belə ki, parçada COVID-19 əleyhinə qoruyuculuq xarakteri daşıyan tibbi xüsusiyyətləri var”, deyə qubernator bildirib.   


“Çaykovski” tekstil saytında da bildirildiyi kimi, məktəbli formaları COVID-19-a yoluxma riski ilə üzləşənlər üçün təkrar istifadə edilə bilən geyimdir. 

Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO