Şəkidə iki avtomobil toqquşdu - Xəsarət alan var

Şəkidə iki avtomobil toqquşdu - Xəsarət alan var

Hazırda oxunan: Şəkidə iki avtomobil toqquşdu - Xəsarət alan var

34455

Şəki şəhərində yol qəzası olub.

Bizim.Media xəbər verir ki, hadisə bu gün səhər saatlarında Şəki-Oğuz avtomobil yolunun Şəki şəhər ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, Şəki şəhər sakini Pərviz İsmayılovun idarə etdiyi "Ford" markalı avtomobillə və Şamaxı rayon sakini Ramazan Əhmədovun idarə etdiyi "VAZ-2107" markalı avtomobil toqquşub.
 

Qəza nəticəsində 23 yaşlı R.Əhmədov müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.


Qəza zamanı avtomobillərə ciddi ziyan dəyib.

Faktla bağlı araşdırma aparılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO