Azərbaycanlılar tərəfindən Qafan-Gorus avtomobil yolunun bağlı hissələrinin açılması ilə bağlı üçtərəfli danışıqlar dünən gecə başa çatıb, yollar bağlı qalacaq.
Bizim.Media xəbər verir ki, bunu Qafan şəhərinin meri Gevorg Parsyan Ermənistanın news.am saytına müsahibəsində bildirib.
Azərbaycanlıların bağladığı həyati əhəmiyyətli yolların açılıb-açılmayacağına dair danışıqların nəticə vermə ehtimalını Parsyan şərh etməyib.
Xatırladaq ki, hərbçilərimiz avqustun 25-i gecə saat 23:00-dan etibarən Gorus-Qafan avtomobil yolunun Şurnuxu-Karmrakar hissəsini bağlayıblar və açmaqdan imtina edirlər.
MÖVZU İLƏ BAĞLI:
Ermənilər Şurnuxu və Vorotan kəndlərindən təxliyə edildi – RƏSMİ
Ermənistanın Ombudsman Aparatı bəyan edib ki, Azərbaycan ordusu bir müddət əvvəl Gorus-Şahverdilər yolunun bir hissəsini də bağlayıb.
Bizim.Media