"Müstəqil ölkəyə xas olan əlamətlər Ermənistanda yoxdur” - İLHAM ƏLİYEV

Hazırda oxunan: "Müstəqil ölkəyə xas olan əlamətlər Ermənistanda yoxdur” - İLHAM ƏLİYEV

34337

"Biz ermənilərin bütün miflərini darmadağın etdik. Bu gün Ermənistan artıq açıq etiraf edir ki, öz təhlükəsizliyini özü təmin edə bilmir, öz sərhədlərini özü qoruya bilmir, öz hesabına yaşaya bilmir. Belə olan halda müstəqillikdən söhbət gedə bilməz".

Bizim.Media xəbər verir ki, bu barədə Prezident İlham Əliyev şəhid ailələri və Qarabağ qaziləri ilə görüşündə danışıb.

"Ermənistanı müstəqil ölkə adlandırmaq tamamilə əsassızdır. Çünki müstəqil ölkəyə xas olan əlamətlərin mütləq əksəriyyəti Ermənistan dövlətində yoxdur. Bunun da səbəbi onların işğalçılıq siyasətidir. Əgər vaxtında mənim sözlərimə əməl edib torpaqlarımızdan çıxsaydılar, belə bir rəzil vəziyyətə düşməzdilər", - Prezident vurğulayıb.
 

MÖVZU İLƏ BAĞLI:

İlham Əliyev: “Müzəffər xalq kimi dünya tarixinə öz adımızı yazdırdıq”


Dövlətimizin başçısı deyib ki, Ermənistan acı məğlubiyyətin şokunu hələ uzun illər yaşayacaq:

“Biz isə bundan sonra qalib ölkə, müzəffər xalq kimi yaşayacağıq, qürurla yaşayacağıq. Öz gələcəyimizi özümüz quracağıq, azad edilmiş torpaqları bərpa edəcəyik. Şəhidlərimizin xatirəsini daim qəlbimizdə yaşadacağıq”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO