Market sahibinə cinayət işi açıldı

Market sahibinə cinayət işi açıldı

Hazırda oxunan: Market sahibinə cinayət işi açıldı

34247

Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşları şəhər ərazisində koronavirusa qarşı aparılan mübarizə tədbirlərini davam etdirir. 

Bizim.Media xəbər verir ki, şəhərin 20 Yanvar küçəsində aparılan reyd zamanı marketlərdən birinin karantin qaydalarını kobud şəkildə pozduğu məlum olub. 

Polis əməkdaşlarının apardığı nəzarət tədbirləri nəticəsində 16-cı məhəllədə yerləşən "Army” marketdə Nazirlər Kabineti yanında Operativ Qərargahın tətbiq etdiyi qaydalara riayət edilmədiyi aşkarlanıb.
 

MÖVZU İLƏ BAĞLI:

Şəmkirdə 74 nəfər məsuliyyətə cəlb edildi - SƏBƏB


Dəfələrlə polislər tərəfindən edilən xəbərdarlıqlara məhəl qoymayaraq, tətbiq olunan qaydaları pozduğuna görə marketin sahibi, Abşeron rayon sakini, 1982-ci il təvəllüdlü Tağıyev Səhrab Sahir oğlu barəsində Sumqayıt Şəhər Polis İdarəsinin İstintaq şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. Market sahibi cinayət işi ilə bağlı saxlanılıb. 

Xatırladaq ki, market sahibi bir müddət öncə qanunvericiliyin tələbinə əsasən, vəzifəli şəxs qismində 4000 manat cərimələnmişdi. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO