"Qarabağda yeni iqtisadiyyat quruculuğu: Ağdamdan inkişaf impulsları” Beynəlxalq elmi-praktik konfransına məqalə və tezislərin qəbulu davam edir.
Bu barədə Bizim.Media-ya Qarabağ Dirçəliş Fondundan məlumat verilib.
Məqalə və tezislərin qəbulu sentyabrın 10-da başa çatacaq.
Bu il 16-17 sentyabr tarixlərində Azərbaycan Respublikası Prezidentinin Ağdam rayonu üzrə Xüsusi Nümayəndəliyi, İqtisadiyyat Nazirliyi, Qarabağ Dirçəliş Fondu və AMEA İqtisadiyyat İnstitutunun təşkil etdiyi Konfransın plenar iclası Ağdamda, digər iclasları isə onlayn qaydada keçiriləcək.
Konfransda Ağdamda yeni iqtisadiyyat quruculuğu: iqtisadi potensial, prioritetlər, gözləntilər, Ağdamın və bütövlükdə Qarabağın təbii resursları və yaşıl enerji potensialı, Qarabağda iqtisadiyyatın ənənəvi və qeyri-ənənəvi sahələri arasında müvazinət, məcburi köçkünlərin Ağdama və bütövlükdə Qarabağa qayıdışı istiqamətlərində müzakirələr aparılacaq.
Məqalə və tezislər aşağıda göstərilən tələblərə uyğun qaydada tərtib edilməli və sentyabrın 10-dan gec olmayaraq [email protected] elektron ünvanına göndərilməlidir. Məqalə və tezislər Azərbaycan, türk, rus, ingilis dillərində və elektron formada qəbul edilir.
Bizim.Media

- A-
- A
- A+
Siyasət
16:51 / 25.08.2021
Ağdamda beynəlxalq konfrans keçiriləcək
Hazırda oxunan: Ağdamda beynəlxalq konfrans keçiriləcək
Hazırda oxunan: Ağdamda beynəlxalq konfrans keçiriləcək
34202
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.