Paytaxtda kartsız işləyən nə qədər AVTOBUS  qalıb? - RƏSMİ

Paytaxtda kartsız işləyən nə qədər AVTOBUS  qalıb? - RƏSMİ

Hazırda oxunan: Paytaxtda kartsız işləyən nə qədər AVTOBUS  qalıb? - RƏSMİ

34199

Xəbər verildiyi kimi bu gündən etibarən 165 nömrəli marşurut xətti üzrə hərəkət edən avtobuslarda gediş haqqı “BakıKart” vasitəsilə ödəniləcək. Avqustun 18-də 130 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkət edən avtobuslarda gediş haqqının "BakıKart" vasitəsilə ödənilməsinə başlanılıb.

Bununla da nağdsız ödəniş sisteminə inteqrasiya olunan marşurut xətlərinin sayı 74-ə çatır. Maraqlıdır, hazırda paytaxtda kartsız işləyən nə qədər avtobus qalıb?

Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev Bizim.Media-ya açıqlamasında kartsız işləyən marşurutların sayının 90 olduğunu bildirib:

“Onların kart rejiminə keçidi üçün işlər gedir” ,- deyə qurum rəsmisi əlavə edib.

Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO