Antibiotiklərin insan ömrünə təsirini AÇIQLANDI 

Antibiotiklərin insan ömrünə təsirini AÇIQLANDI 

Hazırda oxunan: Antibiotiklərin insan ömrünə təsirini AÇIQLANDI 

34106

Avstraliyanın Flinders Universiteti və Sağlamlıq və Tibbi Araşdırma İnstitutunun mütəxəssisləri antibiotiklərin siçanların bağırsaq mikrobiotasını dəyişdirdiyini və ömür müddətinə təsirini müəyyən ediblər. 

Bizim.Media xəbər verir ki, məqalə "Cell Reports" adlı elmi jurnalda dərc olunub. 

Araşdırmanın məqsədi körpəlikdən qocalığa qədər antibiotiklərin təsirini araşdırmaq olub. 

Araşdırma qrupunun rəhbəri David Linn təcrübənin siçanlar üzərində aparıldığını və müsbət nəticələr əldə etdiklərini açıqlayıb. Məlum olub ki, antibiotik qəbul etdikdən sonra siçanların mədəsində PAM 1 və PAM 2 adlanan iki mikrobdan biri yaranır. 

PAM 2 mikrobuna malik olan siçanlarda sonradan metabolik disfunksiyalara gətirib çıxaran insulin maddəsinin artması müşahidə olunub.

Bundan əlavə, beyin və qaraciyər də daxil olmaqla müxtəlif toxumalarda daha çox iltihab olduğu üzə çıxıb və heyvanların erkən ölümü qeydə alınıb. PAM 1 mikrobunun olduğu siçanlar isə digərinə nisbətən daha çox yaşayıblar. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO