Allahşükür Paşazadə Qroznıda Ramzan Kadırovla camaat namazı qıldı – FOTO

Allahşükür Paşazadə Qroznıda Ramzan Kadırovla camaat namazı qıldı – FOTO

Hazırda oxunan: Allahşükür Paşazadə Qroznıda Ramzan Kadırovla camaat namazı qıldı – FOTO

34040

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, Şeyxülislam Allahşükür Paşazadənin Çeçenistan səfəri başa çatıb.

QMİ-dən Bizim.Media-ya verilən məlumata görə, A. Paşazadə Qroznı şəhərində keçirilən bir sıra tədbirlərdə iştirak edib.

Şeyxülislam Çeçenistan imamı Şeyx Mansur adına məscidin açılış mərasiminə qatılıb. Çeçenistan Respublikasının Başçısı Ramzan Kadırovun iştirakı ilə keçirilən mərasimdən sonra QMİ sədri R. Kadırovla birlikdə camaat namazı qılıb.

Açılış mərasimindən sonra Çeçenistan Başçısı Şeyxülislamı və Qafqaz Xalqları Ali Dini Şurasının üzvləri - RF Şimali Qafqaz regionunun müftilərini öz iqamətgahında qəbul edib.

A. Paşazadə qəbulda Azərbaycanın 44 günlük Vətən müharibəsində Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin başçılığı altında qazandığı tarixi zəfər, 30 illik erməni işğal zamanı Ermənistan tərəfindən əzəli Azərbaycan torpaqlarında törədilmiş misli görülməmiş vəhşiliklər, erməni işğalçıları tərəfindən barbarca dağıdılmış yaşayış məntəqələri, yerlə bir edilmiş, vandalizmə məruz qalmış məscidlər, ziyarətgahlar, kilsələr və digər ibadət yerləri, eləcə də azad edilmiş torpaqlarımızda hazırda həyata keçirilən genişmiqyaslı yenidənqurma və bərpa işləri barədə geniş məlumat verib.

Daha sonra QMİ sədri Çeçenistan Respublikasının Birinci Prezidenti Əhməd Kadırovun anadan olmasının 70 illiyinə həsr olunmuş tədbirdə iştirak edib.

Şeyxülislam tədbirdə fəxri qonaq qismində çıxış edib.

QMİ sədri Azərbaycanla RF Çeçenistan Respublikası arasında qardaşlıq və sıx əməkdaşlıq əlaqələrinin Azərbaycan Prezidenti İlham Əliyev və Çeçenistan Respublikasının Başçısı Ramzan Kadırov tərəfindən uğurla inkişaf etdirildiyini bildirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO