Rusiya sülhməramlıları Qarabağdan nə vaxt çıxacaq? – VACİB AÇIQLAMA - VİDEO

Rusiya sülhməramlıları Qarabağdan nə vaxt çıxacaq? – VACİB AÇIQLAMA - VİDEO

Hazırda oxunan: Rusiya sülhməramlıları Qarabağdan nə vaxt çıxacaq? – VACİB AÇIQLAMA - VİDEO

0:00
0:00
34026

“Rusiya sülhməramlıları il yarımdan sonra Qarabağı tərk etməlidir”.

Bizim.Media xəbər verir ki, bu sözləri Musavat TV -yə qonaq olan Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı deyib.

Rusiya sülhməramlılarının 10 noyabr bəyanatının şərtlərinə əməl etmədiyini deyən QAT rəhbəri bir sıra vacib nüanslara da toxunub:

“Düşünürəm ki, rus sülhməramlılarının bölgədən çıxarılması üçün 5 il gözləməyə ehtiyac yoxdur. Ona görə ki, Rusiya 10 noyabr bəyanatından irəli gələn öhdəliklərini yerinə yetirmir. Əgər Rusiya Qarabağda nəzarəti həyata keçirə bilmirsə, oradakı erməni terrorçuları ordumuzun mövqelərinə atəş açırlarsa, deməli sülhməramlılar öz missiyalarını yerinə yetirməyi bacarmırlar. Buna görə də, maksimum bir il yarımdan sonra rus sülhməramlıları bölgəni tərk etməlidirlər”.
 

MÖVZU İLƏ BAĞLI:

“Krım Platforması”nda KİMLƏR Rusiyaya qarşıdır? – SİYAHI


Qeyd edək ki, 10 noyabrda imzalanan üçtərəfli bəyanata əsasən Rusiya hərbçiləri Qarabağda 5 il müddətinə sülhməramlı funksiyasını yerinə yetirəcək. Həmin müddət başa çatdıqdan sonra isə, tərəflərdən birinin qəbul etməyəcəyi təqdirdə, rus hərbçiləri bölgəni tərk etməyə məcburdur.

Murad Əhmədov, Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO