Deputatdan bədbin PROQNOZ: Payızda yoluxma yüksək olacaq - VİDEO

Deputatdan bədbin PROQNOZ: Payızda yoluxma yüksək olacaq - VİDEO

Hazırda oxunan: Deputatdan bədbin PROQNOZ: Payızda yoluxma yüksək olacaq - VİDEO

33985

Azərbaycan səhiyyəsi ötən il yoluxmada 5000 rəqəmlərinə belə hazırlıqlı olduğunu göstərdi. Amma indi yay aylarında 4000 minə çatan rəqəmlər payızda ehtimal olunan rəqəmlərin qat-qat yüksək olmasından xəbər verir.

Bizim.Media ARB24-ə istinadən bildirir ki, bunu “Gündəm” verilişinə açıqlamasında deputat Rəşad Mahmudov deyib. 

O bildirib ki, peyvəndlənmə prosesinin sürətlə aparılması lazımdır:

“Peyvəndlər böyük dalğalar və yoluxma zamanı insanların səhhətinin daha çox ağırlaşmasının qarşısının alınmasında bizə dəstəkçidir. Həmçinin peyvənd reanimasiyaya düşmə faizinin azaltmaqla yanaşı, həm də peyvənd vurdurmayanlarla müqayisədə ölüm hallarından çox böyük fərq yaradacaq şəkildə qoruya bilmə gücünə sahibdir.
 

Ötən il yoluxma 500 olanda tam qapanmalara gedilirdi. Bu gün isə peyvəndin sayəsində ondan dəfələrlə yüksək rəqəmlər qarşısında sərt qapanmalara gedilmir.


Bu da peyvəndin bizə vermiş olduğu gücdür. Pandemiya ilə mübarizədə ən az itkilərə səbəb olmaq üçün hər birimizin üzərinə məsuliyyət düşür. Bu gün müzakirəsiz şəkildə peyvəndlənmənin sürətlə aparılması və payız aylarına cəmiyyətin 60 faizindən çoxunun hazır olması gələcəkdə ola biləcək təhlükəli dalğalar qarşısında dövlətlərin və səhiyyə sisteminin daha sağlam mübarizə aparmasına imkan yaradır”.

Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO