Məşhurlar istirahətə nə qədər xərclədilər? - ŞOK RƏQƏMLƏR

Məşhurlar istirahətə nə qədər xərclədilər? - ŞOK RƏQƏMLƏR

Hazırda oxunan: Məşhurlar istirahətə nə qədər xərclədilər? - ŞOK RƏQƏMLƏR

33946

Məhərrəmlik ayının başlamasıyla şou-biznes nümayəndələri müxtəlif ölkələrə və Azərbaycanın səfalı guşələrinə istirahətə üz tutublar.

Bizim.Media xəbər verir ki, "Mtv Azərbaycan" sənətçilərin yay istirahətinə xərclədikləri məbləği araşdırıb.

Xalq artisti Aygün Kazımova Bodrumda dincəlib. Sənətçinin qaldığı otelin 1 gecəsi 1 510 manatdır.

Xalq artisti Faiq Ağayev İstanbulda yerləşən otelin bir günü üçün 1 132 manat ödəyib.

Əməkdar artist Vasif Məhərrəmli də qardaş ölkə Türkiyəyə yollanıb. Bodrumda istirahət edən sənətçi qaldığı otelin 1 gecəsi üçün 1 548 manat xərcləyib.

Müğənni Sevda Yəhyayeva həyat yoldaşı ilə birlikdə Rusiyanın müxtəlif şəhərlərində dincəlib. 

Rəqqasə Fatimə Fətəliyeva Antalyaya üz tutub. O, otelin bir günü üçün 1 768 manat ödəyib. 

Müğənni Niyam Salami Qusarda, Gülay Zeynallı isə Şamaxı və Şəki şəhərlərində istirahət ediblər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO