Növbəti tədris ili üçün NAZİRLİKDƏN AÇIQLAMA

Növbəti tədris ili üçün NAZİRLİKDƏN AÇIQLAMA

Hazırda oxunan: Növbəti tədris ili üçün NAZİRLİKDƏN AÇIQLAMA

33924

Ümumi təhsil müəssisələrində 2021-2022-ci dərs ili üçün tətil günləri açıqlanıb. 

Bizim.Media xəbər verir ki, bu barədə ümumi təhsil müəssisələrinin 2021-2022-ci dərs ili üçün tədris planları təsdiqi haqqında təhsil naziri Emin Əmrullayevin imzaladığı əmrdə qeyd edilib. 

Əmrə əsasən, dərs məşğələləri sentyabrın 15-də başlayıb iyunun 14-də başa çatır. 

Dərs ili iki yarımilə bölünür: 

birinci yarımil - 15 sentyabr - 26 yanvar; 

ikinci yarımil - 1 fevral - 14 iyun. 

Dərs ili ərzində aşağıdakı tətillər müəyyən edilir: 

5 gün payız tətili (16-20 noyabr); 

5 gün qış tətili (27-31 yanvar).

İbtidai siniflər üçün 5 günlük əlavə yaz tətili (1-5 may).

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO