BAYDEN: “Əfqanıstanla bağlı doğru qərar vermişəm” - VİDEO

BAYDEN: “Əfqanıstanla bağlı doğru qərar vermişəm” - VİDEO

Hazırda oxunan: BAYDEN: “Əfqanıstanla bağlı doğru qərar vermişəm” - VİDEO

33813

“Əminəm ki, müharibəyə daha çox gənc kişi və qadın göndərmək qərarı vermədiyim üçün tamamilə haqlıyam”.

Bizim.Media xəbər verir ki, bunu ABŞ Prezidenti Co Bayden Ağ Evdə Əfqanıstandakı vəziyyətlə bağlı çıxışı zamanı deyib.

Eyni zamanda, ABŞ lideri Əfqanıstanla bağlı amerikalıların rəy sorğusunda verdikləri cavaba rəğmən bu fikri səsləndirib.

Qeyd edək ki, ABŞ-ın keçmiş prezidenti Donald Tramp Alabama ştatında tərəfdarlarının mitinqində qoşunları Əfqanıstandan geri çəkdiyinə görə ortaya çıxan problemlərələ bağlı Baydeni səriştəsiz adlandırıb:

"Baydenin Əfqanıstandan qoşunları müvəffəqiyyətsiz çıxarması, onun kobud bacarıqsızlığının ən təəccüblü təzahürüdür. Bu, hərbçilərin geri çəkilməsi deyil, tamamilə təslim olmaqdır”.

Tramp Baydeni amerika qoşunlarının Əfqanıstanda 83 milyard dollarlıq hərbi texnikanı qoyaraq tərk etməsində ittiham edib.

Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO