“Əfqanıstandakı vəziyyətin təhlükəsizliyimizlə birbaşa əlaqəsi var”
Bizim.Media “ria novosti”-yə istinadən xəbər verir ki, bu sözləri Rusiya Prezidenti Vladimir Putin deyib.
Belə ki, Kreml rəhbəri Əfqanıstandakı durumun ölkəsinin maraqlarına uyğun olmadığını dilə gətirib:
MÖVZU İLƏ BAĞLI:
Ərdoğan Putinlə Əfqanıstanı müzakirə etdi
“Əfqanıstanda baş verən dəhşətlər çoxdandır ki yox idi və biz bu dəyişiklikləri istəmirik. Rusiyanın hazırda Əfqanıstanda mövcud olan elementlərə ehtiyacı yoxdur. Biz, eyni zamanda regiondan gələn və qaçqın kimi maskalanan silahlıların da varlığına qarşıyıq”.
Qeyd edək ki, Talibanın Əfqanıstanda sürətlə irəliləməyə başlamasının ardından Rusiya KTMT-dən müttəfiqləri olan Mərkəzi Asiya ölkələrinin sərhəd təhlükəsizliyini qorumaq üçün regionda hərbi təlimlərə start vermişdi.
Bizim.Media