5-ci dəfə evlənən polkovnik danışdı:

5-ci dəfə evlənən polkovnik danışdı: " İllər idi ki, subay idim" - FOTOLAR

Hazırda oxunan: 5-ci dəfə evlənən polkovnik danışdı: " İllər idi ki, subay idim" - FOTOLAR

33743

Dünən ehtiyatda olan polkovnik Əzizağa Qənizadənin toyu olub.

Əzizağa Qənizadənin toy mərasimində tanınmış insanlar, hərbçilər iştirak ediblər. Hazırda ehtiyatda olan polkovnikin 60 yaşı var. 

Qeyd edək ki, bu, Əzizağa Qənizadənin 5-ci evliliyidir. O, özündən xeyli cavan xanımla ailə qurub.

Modern.az saytı ehtiyatda olan polkovniklə əlaqə saxlayaraq xoş gün münasibətilə təbrik edib. Əzizağa Qənizadə onu təbrik edən hər kəsə minnətdarlığını bildirib.

"Hər kəsə öz təşəkkürümü bildirirəm. Düzü, hamını dəvət etməyə utandım. Allah hamıya kömək olsun. Əvvəllər evli olmuşam. Lakin neçə illər idi ki, subay idim. İllərdən sonra xoşbəxtliyimi bərpa etdim".

Xatırladaq ki, Əzizağa Qənizadə uzun döyüş yolu keçib. O, Əfqanıstanda və Qarabağ döyüşlərində iştirak edib. 1992-1993-cü illərdə Qarabağda gedən döyüşlərdə reyd taborunun komandiri, 1993-cü ilin əvvəllərində 701 saylı briqadanın komandiri olub. (modern.az)

 



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO