Heroin alverçisi Zakir saxlanıldı - İsmayıllıda 

Heroin alverçisi Zakir saxlanıldı - İsmayıllıda 

Hazırda oxunan: Heroin alverçisi Zakir saxlanıldı - İsmayıllıda 

33727

İsmayıllı rayonunda heroin alverçisi saxlanılıb. 

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Bizim.Media-ya verilən məlumata görə, əməliyyat zamanı üzərində narkotik vasitə daşımaqda şübhəli bilinən rayon sakini Əmrah Həsənov saxlanılıb.

Onun üzərinə baxış keçirilən zaman 0,3 qram narkotik vasitə olan heroin aşkarlanıb. 
 

MÖVZU İLƏ BAĞLI:

Şirvanda "patı" satan qadın tutuldu - FOTO


Araşdırma zamanı məlum olub ki, Ə.Həsənov heroini 10 manata Zakir adlı şəxsdən alıb. Polis əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı rayonun Mican kənd sakini Z. Niftalıyev də şübhəli şəxs qismində saxlanılıb.

Axtarış zamanı ondan satış məqsədilə üzərində gəzdirdiyi 18 ədəd kağız bükümdə heroin aşkar olunub.

Bundan başqa Z.Niftalıyevin yaşadığı evində də eyniadlı narkotik vasitə aşkarlanıb və qablaşdırılaraq maddi sübut kimi götürülüb. 

Faktla bağlı cinayət işi başlanılıb, istintaq-əməliyyat tədbirləri davam etdirilir. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO