2021-ci il 20 avqust tarixində ölkə üzrə 400 ictimai iaşə obyektində 683 monitorinq keçirilib.
Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyindən məlumat verilib.
Monitorinqlər zamanı 9 müəssisədə qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması faktları aşkar olunub. Aşkarlanan nöqsanlarla bağlı İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb.
Pozuntular aşkar edilmiş ictimai iaşə müəssisələri aşağıdakılardır:
1. Bakı şəhəri, Nizami rayonu, E.Süleymanov 126 ünvanında yerləşən, fiziki şəxs Hacımuradov İlqar İsrafil oğluna məxsus kafe;
2. Bakı şəhəri, Səbail rayonu, Ə.Əliyev 11 ünvanında yerləşən, fiziki şəxs Şərifzadə Nadir İlqar oğluna məxsus kafe;
3. Bakı şəhəri, Binəqədi rayonu, H.Babaşov 11 d ünvanında yerləşən, fiziki şəxs Həsənov Əliəşrəf Həmid oğluna məxsus “Zeytun Bağı” restoranı;
4. Bakı şəhəri, Nəsimi rayonu, 28 May, 13 m ünvanında yerləşən, fiziki şəxs Ələkbərov Həmid Abbas oğluna məxsus kafe;
5. Bakı şəhəri, Nərimanov rayonu, V.Çəmənzəminli 14 ünvanında yerləşən, fiziki şəxs Həmidli Həmid Zabil oğluna məxsus “Beer Majlis” kafesi;
6. Bakı şəhəri, Yasamal rayonu, Bağırova 2 A ünvanında yerləşən, fiziki şəxs Haciyev Aslan Namiq oğluna məxsus “Pizza Mizza” kafesi;
7. Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti 31 ünvanında yerləşən, hüquqi şəxs "İmpeks-Musa" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus kafe;
8. Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Buzovna-Mərdəkan yolunda yerləşən, fiziki şəxs Hüseynov Zəlimxan Kərim oğluna məxsus restoran;
9. Kürdəmir rayonu, Atakişili kəndində yerləşən, fiziki şəxs Tağıyev Elxan Möhübbət oğluna məxsus kafe.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
17:47 / 21.08.2021
Bu müəssisələrdə qanun pozuntuları aşkarlandı - SİYAHI
Hazırda oxunan: Bu müəssisələrdə qanun pozuntuları aşkarlandı - SİYAHI
Hazırda oxunan: Bu müəssisələrdə qanun pozuntuları aşkarlandı - SİYAHI
33681
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.