Artıq çəki ömrü uzada bilər? - HƏKİMDƏN AÇIQLAMA 

Artıq çəki ömrü uzada bilər? - HƏKİMDƏN AÇIQLAMA 

Hazırda oxunan: Artıq çəki ömrü uzada bilər? - HƏKİMDƏN AÇIQLAMA 

33680

Həkim və teleaparıcı Aleksandr Myasnikov "Rusiya 1" telekanalının efirində artıq çəkinin faydaları barədə danışıb. 

Onun sözlərinə görə, bir çox mənfi nəticələrə baxmayaraq, müəyyən hallarda artıq çəki, əksinə, ömrü uzada bilər. 

Elmi sübutlar artıq çəkisi olan yaşlı bir insanın (65 yaşdan yuxarı) normal çəkili insandan daha uzun yaşadığını göstərir. Yaşlı insana bir az çəki ehtiyatı lazımdır", - deyə həkim izah edib. 

Bizim.Media xəbər verir ki, Myasnikov onu da vurğulayıb ki, bu yaşda arıqlamaq son dərəcə çətindir. Çünki "orqanizm hər kiloqram üçün mübarizə aparır". 

Bu yaxınlarda Rusiyanın Səhiyyə Nazirliyi ölkədə piylənmədən əziyyət çəkən insanların yaşadığı bölgələri müəyyənləşdirib.

İlk üçlüyə Altay diyarı, Udmurtiya Respublikası və Smolensk vilayəti daxildir. Ən az artıq çəkidən əziyyət çəkənlər isə Çeçenistan, Primorsk diyarı və İnquşetiyadadır. 

Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO