Azərbaycanlı əmioğlular Rusiyada ÖLDÜLƏR - FOTO  

Azərbaycanlı əmioğlular Rusiyada ÖLDÜLƏR - FOTO  

Hazırda oxunan: Azərbaycanlı əmioğlular Rusiyada ÖLDÜLƏR - FOTO  

33576

Əslən Zərdab rayonundan olan və uzun müddət Rusiyanın Saratov şəhərində yaşayan əmioğlular - Elvin və Anar Qarayevlər yaşadıqları şəhərdə ağır yol qəzasına düşüblər.

Bizim.Media xəbər verir ki, hadisə nəticəsində hər iki əmioğlu aldıqları xəsarətlərdən, biri hadisə yerində, digəri isə bir qədər sonra dünyasını dəyişib.

Məlumata görə, qəzada ölən A.Qarayevin qardaşı Rövşən Qarayev də avtomobildə olub və ağır xəsarət alıb. Onun bir neçə həftə öncə toyu olduğu bildirilir.

Hadisə zamanı ölən əmioğluların Zərdab rayonunun Sarıqaya kəndində dəfn olunacağı gözlənilir.

Qeyd edək ki, ölən şəxslərin valideynləri Rusiyada sahibkarlıq fəaliyyəti ilə məşğul olurlar. (apa)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO