“NATO Əfqanıstandakı hərbi missiyasını tamamlayıb, müttəfiqlər indi yalnız Kabil hava limanı ərazisindədir”.
Bizim.Media xəbər verir ki, bunu alyansın baş katibi Yens Stoltenberq deyib.
Onun sözlərinə görə, fərqli ölkələr bütün qüvvələri geri çəkmək və bütün texnikanı geri qaytarmaq üçün mümkün olan hər şeyi edib.
MÖVZU İLƏ BAĞLI:
NATO Baş katibi Azərbaycana təşəkkür etdi
Y.Stoltenberq hər bir ölkənin Əfqanıstana gətirilən silah və texnikaya görə məsuliyyət daşıdığını əlavə edib.
Əfqanıstandakı missiyanın başa çatmasından sonra müttəfiqlərin hərbi avadanlıqlarının aqibətinin necə olacağı ilə bağlı sualı cavablandırarkən isə baş katib “bəzi şeyləri məhv etdik, bəziləri isə yerində qaldı” deyib.
Bizim.Media