İmişlinin sabiq icra başçısı Vilyam Hacıyevin məhkəməsi başladı

İmişlinin sabiq icra başçısı Vilyam Hacıyevin məhkəməsi başladı

Hazırda oxunan: İmişlinin sabiq icra başçısı Vilyam Hacıyevin məhkəməsi başladı

0:00
0:00
33503

İmişli rayonunun sabiq icra başçısı Vilyam Hacıyevin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Bizim.Media xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Paşayevin sədrliyi ilə keçirilən iclasda təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmədə sabiq icra başçısının vəkilləri jurnalistlərin məhkəmə zalından çıxarılması və müvəkkillərinin səhhətindəki problemi nəzərə alaraq barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəzlənməsi barədə vəsatətlər veriblər.

Hakimlər müşavirədən qayıtdıqdan sonra hər iki vəsatətin təmin olunmadığını elan edilib.

Vəkillərin növbəti vəsatəti V.Hacıyevin hazırda saxlanıldığı Dövlət Təhlükəsizliyi Xidmətinin təcridxanasından Pentensiar Xidmətin təcridxanasına köçürülməsi ilə bağlı olub.

Hakim vəsatətə növbəti məhkəmə prosesində münasibət bildiriləcəyini bildirib.
 

Prosesdə müdafiəçilər çıxış edərək ittiham aktı ilə tam tanış olmadıqlarını əsas gətirərək cinayət işinin məhkəmə baxışına verilməsinə etiraz ediblər.


Məhkəmə prosesində Vilyam Hacıyev hakimdən icazə alaraq, çıxış edib, onurğa yırtığı xəstəliyindən əziyyət çəkdiyini deyib. O, müalicəsinin təşkil edilməsini xahiş edib.

Məhkəmənin hazırlıq iclası sentyabrın 3-dək təxirə salınıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO