"Hələ də oyunun təzyiqindən çıxmamışıq. Maraqlı görüş alındı. Bu qədər qol vuruldusa, düşünürəm ki, azarkeşlərə də zövq verdi".
Bizim.Media xəbər verir ki, bu fikirləri "Neftçi"nin baş məşqçisi Samir Abasov Bakıda İsrailin "Makkabi" (Hayfa) klubu ilə 3:3 hesablı heç-heçə etdikləri UEFA Konfrans Liqasının pley-off mərhələsinin ilk oyunundan sonra mətbuat konfransında deyib.
Baş məşqçi müdafiə xəttindəki səhvlərə də toxunub:
"Bunun bir çıxış yolu var ki, hücumçuları müdafiədə oynadaq. Bəlkə də epizodları kənardan görüb şişirdirik. Amma belə deyil. 3-cü qol futbolçuların fərdi səhvindən vuruldu. İsmayıl Zülfüqarlıdan danışmaq istəmirəm. Gənc futbolçudur. Bəlkə də topa yox, rəqibə baxsaydı, belə olmazdı. Mert Çelik bu cür görüşlərdə çox oynamayıb. Həyəcanın olması normaldır"
Bizim.Media
- A-
- A
- A+
İdman
23:47 / 19.08.2021
Samir Abasov: “3-cü qol futbolçuların fərdi səhvindən vuruldu”
Hazırda oxunan: Samir Abasov: “3-cü qol futbolçuların fərdi səhvindən vuruldu”
Hazırda oxunan: Samir Abasov: “3-cü qol futbolçuların fərdi səhvindən vuruldu”
33435
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.