Sahibə Qafarova Koreya Milli Assambleyasının sədri ilə görüşdü - FOTO

Sahibə Qafarova Koreya Milli Assambleyasının sədri ilə görüşdü - FOTO

Hazırda oxunan: Sahibə Qafarova Koreya Milli Assambleyasının sədri ilə görüşdü - FOTO

33395

Milli Məclisin sədri Sahibə Qafarova ölkəmizdə rəsmi səfərdə olan Koreya Respublikası Milli Assambleyasının sədri Park Byonq-Soq ilə görüşüb. 
 

MÖVZU İLƏ BAĞLI:

İlham Əliyev Koreya Respublikası Milli Assambleyasının sədrini qəbul etdi – FOTO


Bizim.Media xəbər verir ki, əvvəlcə, spikerlər arasında təkbətək görüş baş tutub. 

Sonra nümayəndə heyətləri üzvlərinin iştirakı ilə geniş tərkibli görüş keçirilib. 

Milli Assambleyanın sədri deyib ki, onun ölkəsi Azərbaycanla iqtisadi, yüksək texnologiyalar, elm, təhsil sahələrində əlaqələrimizi dərinləşdirmək niyyətindədir. 


Park Byonq-Soq Milli Məclisin sədrini öz ölkəsinə rəsmi səfərə dəvət edib. Görüşdə ikitərəfli əlaqələrimizin daha da genişlənməsi, parlamentlərarası münasibətlərimizin gələcək inkişaf istiqamətləri və digər məsələlər barədə danışılıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO