Baş Prokurorluq Ohanyanla bağlı açıqlama verdi

Baş Prokurorluq Ohanyanla bağlı açıqlama verdi

Hazırda oxunan: Baş Prokurorluq Ohanyanla bağlı açıqlama verdi

3331

Baş Prokurorluq Ermənistanın sabiq müdafiə naziri Seyran Ohanyan barəsində başladılan cinayət işi ilə bağlı məlumat yayıb.

Baş Prokurorluğun mətbuat xidmətindən Bizim.Media-ya verilən məlumata görə, həmin cinayət işi Hərbi Prokurorluqda istintaq edilir.

Qeyd edək ki, Azərbaycan hüquq-mühafizə orqanları Ermənistanın keçmiş müdafiə naziri Seyran Ohanyan barəsində axtarış elan edib. Onun barəsində Azərbaycan Cinayət Məcəlləsinin 103-cü (soyqırımı) maddəsi ilə cinayət işi başlanıb.

Təqdimata noyabrın 11-də Bakı Hərbi Məhkəməsində hakim Elbəyi Allahverdiyevin icraatında baxılıb.

Təqdimat məhkəmə tərəfindən təmin edilib və S. Ohanyan barəsində qiyabi həbs-qətimkan tədbiri seçilib.

S. Ohanyanın saxlanılması üçün barəsində beynəlxalq axtarış elan edilib.

Xatırladaq ki, 58 yaşlı keçmiş nazir Şuşada doğulub. Təhsilini Bakı Ali Ümumqoşun Komandirlər Məktəbində alıb.

O, azərbaycanlı əhaliyə qarşı cinayətlər, xüsusən Xocalı soyqırımının törədilməsinin əsas iştirakçılarından sayılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO