Dünyanın ən gözəl, ən dəbli birinci xanımları - FOTOLAR

Dünyanın ən gözəl, ən dəbli birinci xanımları - FOTOLAR

Hazırda oxunan: Dünyanın ən gözəl, ən dəbli birinci xanımları - FOTOLAR

3321

Bu qadınlar xaraktercə yalnız ağıllı və güclü deyil, həm də gözəldirlər.

Peşəsi müəllim olan Amerikanın yeni birinci xanımı Jill Baydenin geyimində peşəsinin təsiri də hiss olunur. Müəllim peşəsi onun stilinin daha çox mühafizəkar edib. Jillin geyimlərində parlaq aksesuarlardan daha çox istifadə edir. Baydenin stili peşəsi müəllim olan Fransanın birinci xanımı Brigit Macronun stilinə bənzəyir.





Keçmiş Model Melaniya Amerika tarixinin ən gözəl "firstlady"-lərdindən biridir. 2005 - ci ildə iş adamı və amerikanın 45-ci prezidenti Donald Trampla evlənib. İnternetdə cütlüyün evliliyi barədə bir çox şayiələr yayılsa da, ər - arvad münasibətlərinin qaydasında olduğunu deyilir.





Mehriban Əliyeva 1983-cü ildən bəri Azərbaycan Prezidenti İlham Əliyevin xanımıdır. O, üç uşaq (oğul və iki qızı) anasıdır, eyni zamanda dörd nəvə nənəsidir. Azərbaycan Gimnastika Federasiyasının prezidenti, Heydər Əliyev Fondunun və Azərbaycan Mədəniyyətinin Dostları Fondunun prezidenti, BMT və İKT-nin xoşməramlı səfiri, Azərbaycanın birinci vitse-prezidentidir. Sözsüz ki, Mehriban xanımı Azərbaycan qadının ikonası adlandırmaq olar.





VI Philip jurnalist Letiziyaya olan sevgisinə görə, İsveç Vəliəhdi Şahzadə Viktoriyanı rədd edib. İspaniyanın gələcək hökmdarı sözün əsl mənasında ondan müsahibə götürən reportyora ilk baxışdan aşiq olub. Ancaq jurnalist xanım gələcək kralın ilk təklifini qəbul etməyib. İndi Philip və Letizia xoşbəxt evlidirlər və iki qızları var.





Xoşbəxt bir təsadüf nəticəsində sadə bir həkimin qızı İordaniya kraliçası olub. İndi Rania, yüksək statusuna baxmayaraq təvazökarlığı ilə insanların sevgisini qazanıb. Kraliça Ranianın 4 övladı var. Xeyriyyəçilik və ictimai işlərlə yaxından məşğul olur.





Hər güclü bir kişinin arxasında möhtəşəm qadın var. Kate Middleton və Şahzadə Uilyam cütlüyü bunun bir daha sübut edir. Bu gün Şahzadə Uilyamı həyat yoldaşı olmadan təsəvvür etmək mümkün deyil. Cütlük təxminən 20 ildir birlikdədir və üç övladı var. Kate-nin kral olmayan mənşəyinə baxmayaraq, Britaniya vətəndaşları ona monarxiya ənənələrini hörmət etdiyi və həqiqətən nəcib davrandığı üçün hörmət edirlər.




Aliyə İlyas, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO