Zaqulba, Buzovna, Mərdəkan çimərliklərində balıqların tələf olmasına səbəb son günlər havaların isti keçməsi, dəniz suyunun temperaturunun qalxması nəticəsində suda oksigenin azalmasıdır.
Bizim.Media xəbər verir ki, bunu Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Mehman Axundov bildirib.
O qeyd edib ki, yay aylarında bu təbii prosesdir və suyun dayaz hissələrində balıqların ölümünü müşahidə etmək mümkündür.
Xidmət rəsmisinin sözlərinə görə, tələf olmuş balıqlar üzərində aparılan analizlərin nəticələri də balıq nümunələrində infeksion xəstəliklərin və zəhərlənmə hallarının olmadığını göstərib.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
11:47 / 18.08.2021
Xəzər sahilində balıqlar niyə tələf olur? - AÇIQLAMA
Hazırda oxunan: Xəzər sahilində balıqlar niyə tələf olur? - AÇIQLAMA
Hazırda oxunan: Xəzər sahilində balıqlar niyə tələf olur? - AÇIQLAMA
33181
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.