Azərbaycanda günəş elektrik stansiyaları istehsalı 16% artırıb

Azərbaycanda günəş elektrik stansiyaları istehsalı 16% artırıb

Hazırda oxunan: Azərbaycanda günəş elektrik stansiyaları istehsalı 16% artırıb

33144

Bu ilin yanvar-iyul aylarında Azərbaycanda küləklə işləyən stansiyalar 54 mln. kVt-saat elektrik enerjisi istehsal edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 11,8% azdır.

Bizim.Media Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, yanvar-iyul aylarında günəş enerjisi ilə işləyən stansiyalar tərəfindən isə 31,5 mln. kVt-saat elektrik enerjisi istehsal edilib (artım 16,2%).

Bu ilin yanvar-iyul aylarında Azərbaycanda 14 868,8 mln. kVt-saata elektrik enerjisi istehsal edilib ki, bu da illik müqayisədə 4% çoxdur.

Ölkədə istehsal edilən elektrik enerjinin 13 467,6 mln. kVt-saat istilik (artım 3,8%), 858,1 mln. kVt-saat su elektrik (artım 13,3%) stansiyaların payına düşüb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO