Vətən Müharibəsi şəhidinin doğum günü qeyd edildi - FOTO

Vətən Müharibəsi şəhidinin doğum günü qeyd edildi - FOTO

Hazırda oxunan: Vətən Müharibəsi şəhidinin doğum günü qeyd edildi - FOTO

33106

Bu gün Qusarda Vətən Müharibəsi şəhidi, mayor Sənan Qahir oğlu Zamanovun 34 yaşı qeyd edilib.

Bizim.Media xəbər verir ki, bu münasibətlə Qusar Şəhidlər Xiyabanında təşkil edilən mərasimdə şəhid mayorun keçdiyi şərəfli döyüş yolundan danışılıb, xatirəsi anılıb.

Məzarı önünə tər güllər düzülüb. Tədbirdə şəhidin ailə üzvləri, ictimaiyyət nümayəndələri, İH-nin, müxtəlif təşkilat və idarələrin rəsmiləri, Qarabağ Müharibəsi, Əlilləri, Veteranları, Şəhid Ailələri İctimai Birliyinin Qusar filialının üzvləri iştirak edib.

Qusar İH başçısı Şair Alxasov şəhid mayor Sənan Zamanovun döyüş yolu barədə danışaraq ailə üzvlərinə başsağlığı verib.

Rayon rəhbəri Şənan Zamanovun və bütün şəhidərimizin dövlətin hərtərəfli qayğısı  ilə əhatə olunduğunu diqqətə çatdırıb.

Aytəkin Alxaslı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO