Eldar Həsənovun büdcəyə vurduğu zərər açıqlandı: 10 milyonlarla manat...

Eldar Həsənovun büdcəyə vurduğu zərər açıqlandı: 10 milyonlarla manat...

Hazırda oxunan: Eldar Həsənovun büdcəyə vurduğu zərər açıqlandı: 10 milyonlarla manat...

32935

Aparılmış istintaqla müəyyən edilib ki, sabiq səfir Həsənov Eldar Hümbət oğlu Azərbaycan Respublikasının Rumıniya, Serbiya Respublikası, Bosniya və Herseqovina və Monteneqroda fövqəladə və səlahiyyətli səfiri kimi fəaliyyət göstərdiyi 2010-2020-ci illərdə qabaqcadan bir qrup şəxslə əlbir olub.

Bizim.Media xəbər verir ki, bu haqda informasiyanı Baş Prokurorluğun mətbuat xidməti yayıb.
 

MÖVZU İLƏ BAĞLI:

Eldar Həsənovun cinayət işinin istintaqı tamamlandı - RƏSMİ


Mənbə bildirir ki, o, 17.931.316 manat (16.893.868 avro) pul vəsaitini səfirliklər üçün yeni inzibati binaların alınmasına, habelə təmir-tikinti işlərinə sərf edib.

Nəticədə cinayət yolu ilə 11.804.661 manat (11.156.716 avro) məbləğində pul leqallaşdırılıb və bu haqda rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil edib.  

Eldar Həsənov, həmçinin vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə dövlətə  327.373 manat (180.728 avro) məbləğində zərər vurub, dövlət büdcəsinin 192.387 manat (101.761 avro) pulunu isə təyinatı üzrə istifadə etməyib.

Xatırladaq ki, Eldar Həsənovun barəsində Baş Prokurorluğun İstintaq İdarəsində aparılan cinayət işinin istintaqı tamamlanıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO