Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Əfqanıstanda baş verən hadisələrə münasibət bildirib.
Bizim.Media Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə dövlət başçısı Pakistanın sıfarişilə hazırlanmış ilk patrul gəmisinin suya salınması mərasimində iştirakında danışıb.
MÖVZU İLƏ BAĞLI:
Əfqanıstanda keçid höküməti yaradıldı - Rəhbərlik ona həvalə edildi
Onun sözlərinə görə, son zamanlar qarşıdurmanın şiddətləndiyi Əfqanıstanda sülh və sabitliyin bərqərar olmasında Pakistanın üzərinə həyati əhəmiyyətli vəzifələr düşür:
“Türkiyə İran vasitəsilə gerçəkləşən və intensivləşən əfqan miqrantları dalğası ilə üz-üzədir. Əfqanıstanda sabitliyin bərpası üçün əlimizdən gələni edəcəyik”.
Bizim.Media