“Biz bu gün Füzulidə tamamilə dağılmış ərazilər gördük”.
Bizim.Media-nın məlumatına görə, bunu bu gün işğaldan azad olunmuş Füzuli rayonunda səfərdə olan Polşanın Azərbaycandakı səfiri Rafal Poborski bildirib.
Səfir deyib ki, bu, bir ölkə üçün acınacaqlı vəziyyətdir və beynəlxalq ictimaiyyətə çatdırılmalıdır.
Bunun Ermənistan tərəfindən Azərbaycan ərazisində törədilmiş hərbi cinayət kimi dəyərləndirilməsinə gəlincə, R. Poborski qeyd edib ki, bu, faktlarla təsdiq olunmalıdır:
“Mən inanıram ki, tez bir zamanda Azərbaycan dövləti buranı gözəl məkana çevirəcək”.
Qeyd edək ki, bu gün ölkəmizdəki diplomatik korpusun nümayəndələri, o cümlədən səfirlər, hərbi attaşelər və beynəlxalq təşkilatların Azərbaycandakı nümayəndəliklərinin rəhbərləri Ermənistan silahlı qüvvələrinin işğalından azad olunmuş Füzuli şəhərinə səfər ediblər.
Bizim.Media