ÜST-dən XƏBƏRDARLIQ: “İlin əvvəli 3-cü dalğa gəlir”

ÜST-dən XƏBƏRDARLIQ: “İlin əvvəli 3-cü dalğa gəlir”

Hazırda oxunan: ÜST-dən XƏBƏRDARLIQ: “İlin əvvəli 3-cü dalğa gəlir”

3262

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) xüsusi nümayəndəsi David Nabarro 2021-ci ilin əvvəllərində Avropada üçüncü koronavirus dalğasının gözlənilməsi barədə xəbərdarlıq edib.

Bizim.Media RİA Novosti"yə istinadən xəbər verir ki, Nabarronun sözlərinə görə, Avropa ölkələri birinci dalğanı nəzarət altına almağı bacardı. Lakin  koronavirusun ikinci dalğasının qarşısını ala bilmədi.

"Birinci dalğaya nəzarəti ələ aldıqdan sonra yay aylarında lazımlı tədbiləri əldən verdilər. İndi isə ikinci dalğa var. Lazımi addımlar atmasalar gələn ilin əvvəlində üçüncü dalğa baş verəcək".

ÜST-nin xüsusi nümayəndəsi qeyd edib ki, bir çox Qərbi Avropa ölkəsi virusu yenidən nəzarət altına almaq üçün sərt təcrid rejiminə meyilli olmamalıdır.

Şərqi Asiya ölkələrinə gəldikdə isə Nabarro bildirib ki, hakimiyyət və əhali arasında "aydın ünsiyyət" sayəsində koronavirusla bağlı vəziyyət daha yaxşıdır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO