Yexlax sakini anasını boğub öldürübmü? - Baş Prokurorluqdan İZAHAT

Yexlax sakini anasını boğub öldürübmü? - Baş Prokurorluqdan İZAHAT

Hazırda oxunan: Yexlax sakini anasını boğub öldürübmü? - Baş Prokurorluqdan İZAHAT

0:00
0:00
32553

Bəzi kütləvi informasiya vasitələrində guya Yevlax rayon sakininin sərxoş vəziyyətdə anasını boğaraq öldürməsi ilə bağlı yayılan informasiyalar həqiqəti əks etdirmədiyindən qəti şəkildə təkzib olunur.

Bizim.Media xəbər verir ki, bu haqda informasiyanı Baş Prokurorluğunun mətbuat xidməti yayıb.

Belə ki, avqustun 12-də saat 23 radələrində Yevlax rayonu Kövər kənd sakini 1957-ci il təvəllüdlü Həsənova Gülnaz Möhübbət qızının yaşadığı evdə vəfat etməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Prokurorluq və polis əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, mərhum Gülnaz Həsənovanın meyitinin xarici müayinəsi zamanı onun bədənində hər hansı xəsarət və ya xəsarət izləri aşkar edilməyib. 

İlkin araşdırma zamanı müəyyən edilib ki, mərhum Gülnaz Həsənova şəkər və təzyiq xəstəliyi ilə əlaqədar özünü yaxşı hiss etmədiyini bildirərək iynə vurdurmaq üçün qonşuda yaşayan tibb bacısının evinə gedərkən qonşunun qapısının qarşısında huşunu itirərək vəfat edib.

Araşdırma zamanı mərhumun oğlunun və digər şəxslərin izahatları alınıb, Gülnaz Həsənovanın ölüm səbəbinin müəyyənləşdirilməsi məqsədilə məhkəmə-tibb ekspertizası təyin edilib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO