Türkiyədən sevindirici XƏBƏR: Bütün meşə yanğınları söndürüldü

Türkiyədən sevindirici XƏBƏR: Bütün meşə yanğınları söndürüldü

Hazırda oxunan: Türkiyədən sevindirici XƏBƏR: Bütün meşə yanğınları söndürüldü

32487

"Hazırda Türkiyədə söndürülməyən meşə yanğınları qalmayıb".

Bizim.Media xəbər verir ki, bu barədə Türkiyənin kənd təsərrüfatı və meşəçilik naziri Bekir Pakdemirli açıqlama verib.

"Ölkəmizdəki bütün meşə yanğınları söndürülüb", - deyə Pakdemirli tvitterdəki hesabında yazıb.

O, əlavə edib ki, böyük meşə yanğınlarının başladığı 28 iyuldan Türkiyənin 54 əyalətində 299 yanğın ocağı nəzarət altına alınıb və söndürülüb.

“Nəfəsimiz üçün savaşan meşə qəhrəmanları, var olun”, - deyə nazir digər paylaşımında bildirib.

Daha əvvəl ölkənin Səhiyyə Nazirliyinin başçısı Fahrettin Koca bildirib ki, Türkiyədə meşə yanğınları zamanı ölənlərin sayı 8 nəfərə çatıb, zərərçəkənlərin sayı 860 nəfəri ötüb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO