Namik Ələskərov bu gün

Namik Ələskərov bu gün "Bursaspor"la müqavilə bağlayacaq

Hazırda oxunan: Namik Ələskərov bu gün "Bursaspor"la müqavilə bağlayacaq

32471

"Neftçi"nin futbolçusu Namik Ələskərovun "Bursaspor"a keçidi bu gün rəsmiləşə bilər.

Bizim.Media "bursa.com" saytına istinadən xəbər verir ki, bu gün Bursaya yollanacaq 26 yaşlı yarımmüdafiəçi ilə 2+1 illik müqavilə imzalanacaq.

Yunanıstan "Olimpiakos"una qarşı Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyununda (0:1) zədələnən Azərbaycan millisinin üzvünün matçlara bir müddət maska ilə çıxacağı bildirilib. Bunun üçün İstanbuldan xüsusi maska sifariş olunub.

Qeyd edək ki, Namik Ələskərov 2017-ci ildən "Neftçi"də çıxış edir.

O, 2020/2021 mövsümündə "ağ-qaralar"ın heyətində Azərbaycan Premyer Liqasının qalibi olub. Yarımmüdafiəçi həmin mövsüm 19 qolla çempionatın bombardiri adını da qazanıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO