Polis Cəlilabad və Qubada əməliyyat keçirdi - Tutulanlar var - FOTO

Polis Cəlilabad və Qubada əməliyyat keçirdi - Tutulanlar var - FOTO

Hazırda oxunan: Polis Cəlilabad və Qubada əməliyyat keçirdi - Tutulanlar var - FOTO

32414

Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən dörd kiloqramdan artıq narkotik vasitə və psixotrop maddə aşkarlanaraq qanunsuz dövriyyədən çıxarılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Bizim.Media-ya verilən məlumata görə, Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Hüseyn Quluzadə idarə etdiyi “Ford” markalı avtomobillə Cəlilabad rayonu ərazisində saxlanılıb.

Keçirilən baxış zamanı onun idarə etdiyi avtomobildən ayrı-ayrı bağlamalarda 2 kiloqram 530 qram heroin, 1 kiloqram 205 qram tiryək, 775 qram metamfetamin, bir ədəd beşbarmaq və bir ədəd bıçaq aşkar edilərək götürülüb.
 

MÖVZU İLƏ BAĞLI:

Narkotiklə bağlı tutulan şəxslər azadlığa buraxılır? - DİN-dən iddialara CAVAB


Davam etdirilən tədbirlərlə H.Quluzadənin həmin narkotik vasitə və psixotrop maddəni tanışı, Bakı şəhər sakini Təbriz Babayevə çatdırmalı olduğu müəyyən edilib.

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə T.Babayev də saxlanılıb. Onun üzərindən metamfetamin və marixuana aşkarlanaraq götürülüb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə, Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Quba rayon Alekseyevka kənd sakini Rəşid Məmmədov saxlanılıb.

Həmin şəxsin üzərinə baxış zamanı bükümlərdə marixuana aşkar edilərək götürülüb. Tədbirlərin davamı olaraq saxlanılan şəxsin evində də narkotik vasitə olan marixuana aşkar edilib.

Faktlarla bağlı istintaq aparılır.

Bizim.Media





© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO