“Eurohome” sahibkarların kompensasiyasını niyə ödəmir?- ŞİKAYƏT - VİDEO

“Eurohome” sahibkarların kompensasiyasını niyə ödəmir?- ŞİKAYƏT - VİDEO

Hazırda oxunan: “Eurohome” sahibkarların kompensasiyasını niyə ödəmir?- ŞİKAYƏT - VİDEO

32390

“Eurohome” ticarət mərkəzinin rəhbəri Azay Möhnətov bizə dəyən zərərin kompensasiyasını vermir. Köməkçisi ev dustaqlığına buraxılsa da, Azay Möhnətovun işlərini aparır, rahatlıqla azadlıqda gəzir”.

Bizim.Media xəbər verir ki, bu sözləri Binəqədi rayonunda yerləşən "Eurohome” ticarət mərkəzinin yanması nəticəsində ziyan görən sahibkarlar dilə gətirir. 

Sahibkarların sözlərinə görə, 2 ildir ki, zərərin kompensasiyasını Azay Möhnətovdan ala bilmirlər.

Sahibkarlar bildirirlər ki, onlara dəyən zərər də hesablanıb, bununla bağlı Ədliyyə Nazirliyinin rəsmi sənədi də var. Sahibkarlar Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin Məhkəmə-əmtəəşünaslıq ekspertizasının 18 may 2020-ci il tarixli 31328 nömrəli rəyini də təqdim ediblər. Sənəddə onlarla yanaşı, digər sahibkarlara da dəyən zərərin məbləği təsdiqini tapır.

Hazırda Binəqədi Rayon Məhkəməsində proses gedir. Avqustun 18-də Binəqədi Rayon Məhkəməsində işə yenidən baxılacaq. Dəfələrlə iş adamı Azay Möhnətov məhkəməyə çağırılsa da boyun qaçırır, müxtəlif bəhanələr gətirirək məhkəmədən yayınır. 

Qeyd edək ki, ticarət mərkəzi 2019-ci ilin dekabr ayında yanıb. Nəticədə 50-ə yaxın sahibkara zərər dəyib.

Azay Möhnətov AF Holdinq Şirkətlər Qrupunun və "Uğur-97" şirkətinin prezidenti, Azərbaycan Memarlar Birliyinin üzvüdür (musavat.com).

Sahibkarların şikayətini bu videodan izləyə bilərsiniz:

Bizim.Media 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO