Hollivudun 27 əməkdaşı dənizdə batıb

Hollivudun 27 əməkdaşı dənizdə batıb

Hazırda oxunan: Hollivudun 27 əməkdaşı dənizdə batıb

3236

Bu dəhşətli hadisə 1931-ci ildə baş verib.

Hollivud haqqında bilmədiyimiz yəqin çox şey var. Bizim.Media onlardan bir neçəsini təqdim edir:

Hollivudun simvolu olan ikonik yazı 1932-ci ildə quraşdırılıb və əvvəlcə 'Hollywoodland' olaraq yazılıb. Yazının 'Land' hissəsi 1949-cu ildə çıxarılıb.

"Broadway"in məşhur simalarından Peg Entvistle, 1932-ci ildə Hollivudland yazısına çıxaraq intihar edib.

"Şöhrət Xiyabanı" adı ilə tanınan ulduzlu yolun inşası fikri ilk dəfə 1953-cü ildə ortaya atılıb. İlk dəfə əfsanəvi rejissor Stanley Kramerə məxsus ulduz 1960-cı ildə inşa edilib.

Ulduzlarla dolu yolda ən maraqlı ad Məhəmməd Əliyə məxsusdur. Məşhur boksçu adı yazılı ulduzun küçəyə qoyulmasına qarşı çıxıb.

Ona hörmət etməyən insanların adının üstündən keçməsini və Peyğəmbərin adını daşıyan ulduzun yerdə olmasını istəməyib. Buna görə də ulduz Kodak Səhnəsinin divarına qoyulub.

İlk çılpaq səhnəni "Tanrının qızı" filmində aktrisa Anette Kellerman oynayıb. Sensasiyalı film 1916-cı ildə çəkilib.

Hollivud tarixindəki ən lənətli  film 1931-ci ildə çəkilən "Viking"filmi olub. Çəkiliş edilən gəminin partlaması ilə filmdə rejissor, aktyorlar və çəkiliş heyəti də daxil olmaqla 27 nəfər həyatını itirib.

Aliyyə İlyas, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO