KORONAVİRUS - yoluxma artır, ölüm sayı aşağı düşür

KORONAVİRUS - yoluxma artır, ölüm sayı aşağı düşür

Hazırda oxunan: KORONAVİRUS - yoluxma artır, ölüm sayı aşağı düşür

3235

Dünyada COVİD-19-a yoluxma sayı sürətlə artdığı bir vaxtda bu virusdan ölüm səviyyəsi 2 dəfə aşağı düşüb. 

Bunu Bizim.Media-ya müsahibəsində professor, pulmonoloq Əlizamin Sadıqov deyib:

“Aprel-may aylarında dunyada COVID-19-a yoluxan hər 100 nəfərdən 6-ı ölürdü. İndi isə bu göstərici hər 100 xəstəyə 3 nəfərdir”.

Həkim bildirir ki, ölüm hallarının səviyyəsinin aşağı düşməsinə səbəb dünya səhiyyəsinin bu sahədə təcrübə əldə etməsidir:

“Yoluxma sayının sürətli artması dönəmində ölüm səviyyəsinin aşağı düşməsi infeksiya ağırlaşmalarının əvvəlkindən daha yaxşı idarə olunması təcrübəsınin təkmilləşməsindən irəli gəlir. COVİD-19 müalicəsinə yanasma yaxşılaşıb".

"Xəstələrə tənəffüs dəstəyi təkmilləşib. İndi həkimlər daha bacarıqlıdır”.

Professor qeyd edir ki, ölüm halları daha çox risk qrupuna aid, yanaşı xəstəlikləri olan pasiyentlərdə müşahidə olunur ki, onların da müalicəsi proqram üzrə qaydasınca aparılarsa, ölüm səviyyəsi daha da aşağı düşə bilər.

Təranə Mirzəyeva, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO