Türkiyədən gözlənilən xəbər gəldi: “Böyük yanğınların hamısı söndürülüb

Türkiyədən gözlənilən xəbər gəldi: “Böyük yanğınların hamısı söndürülüb" - FOTO

Hazırda oxunan: Türkiyədən gözlənilən xəbər gəldi: “Böyük yanğınların hamısı söndürülüb" - FOTO

32334

Türkiyənin kənd təsərrüfatı və meşəçilik naziri Bekir Pakdemirli meşə yanğınları ilə bağlı son vəziyyəti açıqlayıb.

Bizim.Media xəbər verir ki, nazir bu barədə Tviter səhifəsində məlumat verib.

“28 iyuldan başlayan və 15 gündür davam edən yanğınların son həlqəsi olan Muğla-Köyceğizdəki meşə yanğınlarını da meşə qəhrəmanları sayəsində nəzarətə aldıq. Beləliklə, böyük yanğınların hamısını söndürmüşük”, - nazir bildirib.

Xatırladaq ki, iyulun 28-dən Türkiyədə başlayan meşə yanğınları 46 vilayətə ziyan vurub.

Bu faciəvi hadisə nəticəsində 8 nəfər vəfat edib, çoxlu sayda heyvan ölüb, minlərlə insan evindən didərgin düşüb, minlərlə ağac, çiçək, kol və başqa bitki örtüyü məhv olub. Türkiyəni bürüyən yanğınların söndürülməsi üçün Azərbaycan, Ukrayna, Rusiya, İran, ABŞ, Avropa İttifaqı və başqa dövlətlər yardım ediblər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO